Ermənistan mətbuatı nə yazır?

News.am: “ABŞ senatı Ermənistana vəsaitlər ayırıb”

“ABŞ senatının komitəsi 27 sentyabrda Ermənistana demokratik və iqtisadi islahatlara dəstək məqsədi ilə əlavə vəsaitlərin ayrılması üçün düzəliş sənədini qəbul edib”. SİA xəbər verir ki, bu barədə Amerikanın erməni milli komitəsi “news.am”a istinadən xəbər verib. Qeyd olunur ki, senatorlar Lindsi Qrems və Kris Van tərəfindən hazırlanan sənəd senat tərəfindən yekdilliklə qəbul edilib. Əlavə vəsaitlər iqtisadi inkişafa dəstək fondu tərəfindən 17,6 milyon dəyərində nəzərdə tutulub. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə isə 600 min dollar ayrılıb. Digər vəsait həcmi beynəlxalq hərbi təhsil və peşəkar hazırlıq üçün 1 milyon ABŞ dolları civarındadır.

Xatırladaq ki, senat Ermənistanla yanaşı, Azərbaycana da hərbi dəstək paritetini dəstəkləyib.

Qeyd edək ki, senat Dağlıq Qarabağ məsələsi ətrafında bəyan edib ki, münaqişənin müddətinin uzanmasından narahatdır və ATƏT-in Minsk qrupunun fəaliyyəti prosesini dəstəkləyir.

1in.am: “Bütün hallarda - istənilən siyasi problemlər məngənəsində Paşinyan Amulsar məsələsindəki siyasi səhnədə tək qalıb...”

Baş nazir Nikol Paşinyanın Amulsar məsələsində həqiqətin arxasınca getməsi sadəcə mövcud çıxılmaz vəziyyətdə vaxt udmağa hesablanmış addımdır. Bu barədə isə, Ermənistanın 1in.am saytı yazır. “Amulsar yatağı o zaman istifadəyə verilə bilər ki, orada təhlükəsizlik mümkünlüyü olsun və yalnız o halda istifadəyə verilə bilməz ki, əgər orada təhlükəsizlik mümkün olmasın”, deyə erməni saytı yazır.

Media qurumu qeyd edir ki, Nikol Paşinyan Ermənistanda səsləndirdiyi bu fikri ABŞ-da görüşdüyü erməni icmasının nümayəndələri ilə söhbətində də deyib. Eyni zamanda bildirilir ki, bu günlərdə Ermənistanda güc strukturlarının istefası və bu məsələ ətrafında çevriliş mümkünlüyü barədə də danışılır və hakimiyyət daxili qarşıdurmalara toxunulur.

Lakin hər şeyə rəğmən, Paşinyan qarşıda növbəti istefa məsələləri barədə düşünüşür. Ancaq bütün hallarda - istənilən siyasi problemlər məngənəsində o Amulsar məsələsindəki siyasi səhnədə tək qalıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə