Lerikdə “Akva-park” olacaq

Ötən il Lerik rayonunda 7587 turist dincəlib. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, turizmin rayonda yeni bir sahə olmasına baxmayaraq keçən qısa vaxt ərzində 9 turizm-istirahət mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin qalması və istirahət etməsi üçün ən müasir standartlara uyğun hər cür şərait yaradılıb.

Belə ki, Lerik şəhərində, Lənkəran-Lerik yolu boyunca, Qosmalian və Bilnə kəndlərində yeni turizm istirahət əyləncə mərkəzləri, ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri, iaşə obyektləri tikilərək istifadəyə verilib və bu sahədə iş davam etdirilir.

Lənkəran-Lerik yolunun 36-cı kilometrliyində müasir kotec və otellərə malik "Cənub" turizm-istirahət mərkəzi inşa edilib. "Relax" turizm istirahət mərkəzində inşasına 2010-cu ildən başlayan "Akva-park" istirahət meydançasında işlər davam etdirilir. Burada turistlərin istirahətinin daha rəngarəng keçməsi üçün qarşıdakı illərdə kanat yolların tikintisi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə