Başqalarına tabe olan uğursuz Ermənistan

Başqalarına tabe olan uğursuz Ermənistan

Ermənistan artıq repressiya mərhələsinə qədəm qoyub. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Alternativ Layihələr Qrupundan Elinar Vardanyan deyib.
Məlumatda qeyd olunur ki, E.Vardanyanın fikirlərinə görə, təqsirsizlik prezumpsiyası Ermənistanda ən çox rədd edilir. O, həmçinin vurğulayıb ki, Ermənistan rəsmi olaraq repressiv mərhələyə qədəm qoyub və Profilaktik imkanlardan artıq istifadə edilmir. Vardanyan Ermənistanın uğursuzluğunu, uğursuz olduqlarını, laqeyd olduqlarını və "başqalarına tabe ol" prinsipini Ermənistan dövlətinin rəhbər tutduğunu da etiraf edib. Hətta fikirlərini təsdiq etmək üçün qeyd edib ki, yaxın gələcəkdə cinayət işlərinin çoxluğu və hüquq-mühafizə orqanlarının aqressivliyi bunu sübut edəcək və hamı biləcək ki, indi Ermənistan tamamilə fərqli bir mərhələdir, geniş yayılmış repressiya mərhələsində.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə