Gələn il BMT-də Uşaq Hüquqları Konvensiyası ilə bağlı Azərbaycanın hesabatı səslənəcək

Gələn il BMT-də Uşaq Hüquqları Konvensiyası ilə bağlı Azərbaycanın hesabatı səslənəcək
Gələn il BMT-də Uşaq Hüquqları Konvensiyası ilə bağlı Azərbaycanın hesabatı səslənəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, komitədə bununla bağlı böyük hazırlıq işləri gedir. Onun sözlərinə görə, bundan əlavə komitə cari ildəki fəaliyyətini diqqət tələb olunan istiqamətlərə yönəldib. O vurğulayıb ki, bu istiqmətlərdən ən əsası təhsildən yayınma məsələdir ki, bununla bağlı işlər davam edir.

"Hansı məktəblərdə belə hallar olursa bizə məlumat çatdırılır. Biz bu hallara operativ formada reaksiya verməyə çalışırıq. Bu işdə təhsil ocaqları da bizə kömək və dəstək olurlar. Bundan əlavə biz məişət zorakılığı ilə bağlı işlərimizi gücləndirmişik. Qanun qəbul olunub, onun emplimentasiyası ilə bağlı işlər görülməlidir və insanlar bu qanunun gücünü hiss etməldirlər",- deyə komitə sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə