Komitə iclasında insident deputat həmkarının üzünə vurdu

Komitə iclasında insident deputat həmkarının üzünə vurdu

Bu gün Gürcüstan Parlamentinin Hüquq Komitəsinin iclasında insident baş verib. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, müstəqil deputat Eka Beseliya, parlament çoxluğunun nümayəndəsi Vano Zardiaşvilini üzünə vurub.

Məlumata görə, hadisə bu gün komitənin hakimlərin təyin olunması ilə bağlı keçirdiyi iclasda Vano Zardiavşilinin “Gürcü arzusu” partyasını tərk edən deputat Gedevan Popxadze ilə mübahisəyə girməsindən sonra baş verib.

Belə ki, Popxadze Zardiaşviliyə onun əxlaqı haqqında eşitdiyini, Zardiaşvili isə cavabında onun əxlaqının, həmkarı Beselya ilə eyni olmadığını deyib. Bundan sonra Beseliya Zardiaşvilinin oturduğu masaya yaxınlaşaraq həmkarının üzünə vurub. Deputatdan komitə iclasını tərk etməsi istənilib.

“Mən heç kimdən üzr istəmək fikrində deyiləm, hər belə əxlaqsız təxribata cavab veriləcək” -deyə, Beseliya hadisədən sonra jurnalistlərə açıqlama verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə