Rusiyanın Ermənistana satacağı qazın yeni qiyməti bu ayın sonu kimi bəlli olacaq
Rusiya tərəfindən Ermənistana verilən qazın yeni qiyməti bu ayın sonu kimi bəlli olacaq. SİA -nın "tert.am" saytına istinadən verdiyi xəbərə görə, prezident Serj Sarkisyanın 25 fevral tarixində Rusiyaya səfəri zamanı yeni qiymətlər əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, hazırda Rusiya ixrac etdiyi qazı Ermənistana hər 1000 kub.m-ni 180, Belarusa 187, Ukarynaya isə 260 dollara satır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB