Yuxarı Lars buraxılış məntəqəsində Ermənistana doğru gedən 600-ə yaxın yük maşını buraxılmadığı üçün bir yerdə toplanıb qalıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Nəqliyyat Nazirliyi yayıb.
Məlumatda deyilir ki, Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən aysor.am-a verilən məlumata görə, 600-ə yaxın erməni ağır yük maşını Rusiya-Gürcüstan sərhəddindəki Yuxarı Lars keçid məntəqəsində yığılıb. Səbəb yuk avtomobillərinin icazə verilən çəki dərəcəsindən artıq olmasıdır. Bu səbəbdən də ruslar həmin avtomobilləri yolda qoyublar. Uzun müddət belə davam etdiyini nəzərə alaraq demək olar ki, görünür heç buraxmaq qərarında da deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB