Ermənistan hökuməti Amulsar mədənini istismara verməyə qərar verdiyi təqdirdə polisin gücündən istifadə edəcək və bu da hökumətin sonu olacaq. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu ekoloq Silva Adamyan tert.am saytına müsahibəsində deyib.
Məlumatda qeyd olunur ki, Silva Adamyan hakimiyyət dəyişməsindən sonra ekoloqların Amulsar əməliyyatı məsələsinin nəhayət bağlanacağına əmin olduqları halda, heç bir şeyin dəyişmədiyinin şahidi olduğunu deyib. Adamyan Amulsar probleminin təkcə ekoloji deyil, həm də siyasi bir layihə olduğuna əmindir.
“Problemə müxtəlif ölkələr qarışır, hansıki, hər birinin öz maraqları var. Nəticədə Ermənistan yalnız ətraf mühit problemi ilə deyil, həm də siyasi problemlərlə üzləşir", deyə ekoloq bildirib.
Aparılan bəzi araşdırmalara əsaslanaraq Amulsarda uran ehtiyatlarının olduğunu və mədənin ciddi ekoloji problemlərə səbəb ola biləcəyi barədə baş nazirə məlumat verdikdə, bu məlumatı istehza ilə rədd etməsini ekoloq problem hesab edir və təəccüblə qarşılayır. O, qeyd edir ki, Ermənistan höküməti bu mədənin istismarına qərar verərcəksə, mütləq polisin gücündən istifadə etməli olacaq və bu da hökumətin sonu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB