Emin Həsənli: “Müxalifətin istəyi arzu olaraq qalacaq” RƏY-ÖZƏL
“Əvvəlcədən bəllidir ki, müxalifətin keçirdiyi aksiyalar uğursuzluqla nəticələnəcək”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, çünki onlar bu illər ərzində bir çox aksiyalar keçirib amma hər dəfə də uğursuzluğa düçar olurlar: “Bu gün müxalifəti təmsil edən həmin şəxslər özlərini elə bir gülünc vəziyyətə salıblar ki, onların kütləvi aksiyalar keçirmək gücündə olmalarına şübhə edirəm. Çünki onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da, müxalifət tərəfindən iddia edilən aksiyaların keçirilməsi mümkün olmayacaq. Demək olar ki, onlar tərəfindən keçirilən aksiyalara ancaq özlərinin qohum-əqrabaları qatılır. Bir sözlə, yaxşı olardı ki, müxalifət aksiya keçirmək istəyindən əl çəksin. Onların hansısa uğur qazanmaq şansları sıfıra bərabərdir. Çünki həmin şəxsləri xalq dəstəkləmir. Ümumiyyətlə, istər daxili qüvvələrin, istərsə də xarici qüvvələrin ölkəmiz ilə bağlı planları baş tutmayacaq”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB