Anar Xəlilov: “Müxalifət qüvvələri xalqın inamını itirmiş yalançılardır” RƏY-ÖZƏL
“Mütəmadi olaraq diqqət mərkəzində olmağa can atan müxalifət yenə də öz çirkin əməllərindən əl çəkmək istəmir”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu dəfə də aksiya keçirmək istəyinə düşən müxalifətin istəyi uğursuzluqla nəticələnəcəkdir: “Çünki müxalifətin heç bir elektoratı yoxdur. Müxalifət hər zaman yersiz hərəkətlərə əl ataraq xaricdən özünə dəstək axtarmaqla məşğul olub. Müxalifət təmsilçilərinin özləri də çox gözəl bilirlər ki, onlara xalqımızın, cəmiyyətimizin heç bir siyasi dəstəyi yoxdur. Yaxşı olardı ki, müxalifət bu gün boş-boş hərəkətlərlə məşğul olmaqdandısa, fayda verəcək bir işlə məşğul olsun. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən bu insanlar özləri-özlərini aldatmaqla məşğul olurlar. Çünki bu şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayırlar. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB