Paşinyanın reytinqi tamamilə düşüb - 25%

Paşinyanın reytinqi tamamilə düşüb - 25%

Paşinyanın reytinqi aşağı düşüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.

Qəzet yazır ki, bildiyiniz kimi, hakimiyyət daxili istifadə üçün siyasi qüvvələrin və şəxsiyyətlərin reytinqini müəyyənləşdirmək məqsədi ilə vaxtaşırı gizli sorğular keçirir. Nəşrin məlumatına görə, bu yaxınlarda sosial şəbəkədə keçirilən növbəti rəy sorğusunun nəticələrinə əsasən Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşərək 25% -ə enib.

Məlumatda həmçinin o da qeyd olunur ki, bu rəqəm belə reallıqdan çox uzaqdır. Ola bilsin ki, nəşr bu rəqəmin daha aşağı olacağını vurğulayər və Paşinyanın reytinqinin heç 25% belə olacağına heç kimdə ümid qalmayıb. Çünki, erməni baş nazir ölkə əhalisinin gözündən tamamilə düşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə