Ermənistan Konstitusiyasında reallıqla bağlı ciddi problem

Ermənistan Konstitusiyasında reallıqla bağlı ciddi problem

Ermənistan indi müharibə vəziyyətindədir, ya yox və ümumiyyətlə baş nazir Ali Baş Komandandır, ya yox? SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Şuranın katibi Armen Qriqoryan hesab edir ki, Ermənistan Konstitusiyasında reallıqla bağlı ciddi problem var.
“Baş nazirin Silahlı Qüvvələrin Ali Baş Komandanı olub-olmaması müzakirə olunur. Biz bilirik ki, konstitusiya dəyişikliklərindən sonra Konstitusiyada Ali Baş Komandanın olub-olmaması müəyyənləşdirilir "deyə Armen Qriqoryan bu gün jurnalistlərə bildirib.

Jurnalistlərin, Ermənistan Konstitusiyasına görə, baş nazir yalnız müharibə dövründə silahlı qüvvələrin Ali Baş Komandanı ola bilər iradına və sualına Armen Qriqoryan elə sualla cavab verib.

"İndi bir sual verə bilərəm: Ermənistan hazırda müharibə vəziyyətindədir, ya yox?", deyə Təhlükəsizlik Şurasının katibi suala sualla cavab verməyə çalışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə