İran Parlamentinin spikeri Əli Laricani martın əvvəlində Bakıya rəsmi səfərə gələcək. SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami deyib. O, eyni zamanda Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti 8-ci iclasının Tehranda keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 7-ci iclası Bakıda 24 fevral tarixində 2009-cu ildə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB