Ziyafət Əsgərov: "Bütün dünya erməni vəhşiliyinin, erməni vandalizminin mahiyyətini, iç üzünü yaxından görməlidir" - MÜNASİBƏT

Ziyafət Əsgərov: "Bütün dünya erməni vəhşiliyinin, erməni vandalizminin mahiyyətini, iç üzünü yaxından görməlidir" - MÜNASİBƏT

Xocalı soyqırımı təkcə Azərbaycana yox, türk dünyasına yox, bütün bəşəriyyətə qarşı bir cinayətdir. Bilirsiniz ki, ilk dəfə bu cinayətə hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Bu fikrləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, faciənin əsl həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması üçün hər bir Azərbaycan vətəndaşı səfərbər olmalıdır: "Bu gün də dövlət orqanları, eyni zamanda qeyri-hökumət təşkilatları, xüsusilə də millət vəkilləri çalışır ki, bütün beynəlxalq təşkilatlarda, harda olursa olsun bu faciə ilə əlaqədar söhbətlər aparsın, dünya erməni vəhşiliyinin, erməni vandalizminin mahiyyətini, iç üzünü yaxından görsün. Çox təəssüf edirəm ki, ermənilər birinci dünya müharibəsində qondarma bir soyqırım uydurublar. Bu gün baş verən hadisəyə isə nədənsə dünya biganə qalır".

 

Xocalı ilə bağlı təbliğatın aparılması istiqamətində geniş tədbirlər keçirilir. Parlamentin birinci vitse-spikeri qeyd edib ki, təbliğat maşının önündə gedəni isə "Xocalıya Ədalət" kompaniyasıdır: " Borcumuz ondan ibarətdir ki, bu dəhşətli soyqırımı dünyaya tanıdaq. Artıq bu təbliğatın effekti görünməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tərəfindən başlanan "Xocalıya Ədalət" kompaniyasının gördüyü iş təqdirəlayiqdir. Əlbəttə, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı anım günü kimi qeyd edilir və əminəm ki, gələcəkdə biz bu faciəni soyqırım kimi tanıdacıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə