İrəvan bələdiyyəsi etirazçıların hədəfində

İrəvan bələdiyyəsi etirazçıların hədəfində

Ermənistanda seçkidən əvvəl insanlarla əl-ələ tutan, "mən xalqla bir yerdəyəm" deyən, indi xalqla bir yerdə deyil. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Sanitek işçisi Hayk Marutyana üz tutaraq deyib.

Sanitek işçiləri Yerevan Bələdiyyə Başçısı Hayk Marutyan ilə görüş tələb edirlər.

"Seçkidən əvvəl, cənab Marutyan, sən bizimlə əl-ələ tutdun, "Mən xalqla bir yerdəyəm" dedin, indi biz gəlmişik, sən haradasan, niyə xalqla bir yerdə deyilsən? Biz ailə saxlayırıq, səhər tezdən burda tolaşmışıq ki, pulumuzu tələb edək. Gəl, övladını mən öz övladımı saxladığım kimi saxla görək, bacaracaqsan ya yox? Ayıbdır. Niyə insanları əziyyətə salırsan, biz səni bunun üçün seçdikmi?” deyə şirkətin işçilərindən biri narazılığını bildirib.
O, vədlərə inandığı üçün ailəsi ilə birlikdə Ermənistana qayıtdığını da qeyd edib.

"Siz söz vermişdiniz, buna əməl edin" deyə etirazçı tələb edib.

Xatırladaq ki, "Sanitek" şirkətinin işçiləri maaşlarını ödəmək tələbi ilə İrəvanda etiraz aksiyası keçiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə