Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 23-də saat 19.05-dən 19.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə mövqelərdən, saat 23.05-dən 23.10-dək, fevralın 24-də saat 00.50-dən 01.05-dək Ermənistanın İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB