Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür

Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür

24 fevral Azərbaycanın Milli Qəhrəmanları Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olub. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi bir sıra döyüşlərə başçılıq etmiş, 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci il fevralın 24-də Xocalıda anadan olub. Xocalı və ətraf ərazilərdə düşmənə qarşı rəşadətlə vuruşub. O, 1992-ci il yanvarın 12-də Daşbaşı yüksəkliyinin müdafiəsində iştirak etmiş, düşmənə ağır zərbələr vurmuş və qəhrəmanlıqla həlak olub. Cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə