Ermənistan indi ciddi bir təhlükədədir. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan deyib.
Məlumatda qeyd olunur ki, Aram Sarkisyan armlur.am saytına verdiyi müsahibədə Ermənistan-Rusiya münasibətləri və digər məsələlərdən danışıb, eyni zamanda bu şəraitdə, Rusiya ilə münasibətlərinin bu şəkildə olduğu halda Ermənistanın çox ciddi təhlükədə olduğunu etiraf edib.
“Nikol Paşinyanın sözləri Ermənistan-Rusiya münasibətlərini lazımi qaydada saxlamaq üçün yetərli deyil və istənilən inamsızlıq ölkəmizin təhlükəsizliyinə ciddi zərbə vuracaq”, deyə partiya lideri Aram Sarkisyan öz həyəcanını və qorxusunu gizlətməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB