Təhmasib Novruzov: “Müxalifətin mitinq şousu baş tutmayacaq” RƏY-ÖZƏL

Təhmasib Novruzov: “Müxalifətin mitinq şousu baş tutmayacaq” RƏY-ÖZƏL

“Hər zaman olduğu kimi, bu dəfə də müxalifət düşərgəsini təmsil edən şəxslərin mitinqləri əvvəlki mitinqlər kimi uğursuzluğa düçar olacaqdır”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, çünki bu günə qədər müxalifət tərəfindən keçirilən mitinqlərin heç bir nəticəsi olmayıb və onların bu mitinqlərinin uğur qazanmaq şansları sıfıra bərabər olub: “Ümumiyyətlə, demək olar ki, radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin bir məqsədi var o da müxalifətçilik fəaliyyəti ilə pul qazanmaqdır. Bu da müxalifətin biznesidir. Amma müxalifət özlərinin biznesini xaricdən müəyyən dairələr tərəfindən gələn pullarla qurublar. Xaricdə anti-Azərbaycan qüvvələr var və həmin qüvvələr də daxildə olan müxalifətə maliyyə vəsaiti ayırır ki, ölkəmizdə nə isə bir xoşagəlməz bir hal yaratsınlar. Belə olan halda da, müxalifətçilər xarici “ağalarından” aldıqları pul qarşılığında onların dediklərini edirlər. Amma nə xaricinin, nə də ki, daxildə olan müxalifətin nə istəməsindən asılı olmayaraq heç vaxt onların ölkəmizlə bağlı bu cür çirkin istəkləri, planları baş tutmayacaqdır. Çünki artıq xalqımız müxalifətin necə biri olduğunu 25 il bundan qabaq görüb. Yəni müxalifət pula görə hər bir səviyyəsizliyi edib və bu gün də edir. Bir sözlə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan onlar hansısa mitinqlərin keçirməklə uğur qazanmaları mümkünsüz məsələdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə