Totalitar rejimlərin yeddi möcüzəsi - TARİX

Totalitar rejimlərin yeddi möcüzəsi - TARİX

Totalitar rejimlərin də özünəməxsus möcüzə olduğunu deyirlər. Rejimlərə drijorluq edən liderlər xalqla elə münasibət yaradırlar ki, heç vaxt yaddaşlardan silinməsinlər. Amma bu gün mövcud olan abidələrin çoxu sabah ayaqlar altına düşə bilər.

Dünyanın yeddi möcüzəsi insanları heyrətləndirən, ovsunlayıcı gücə malik gözəl sənət əsərləridir. Ancaq aşağıdakı "möcüzələr" digərlərindən bir az fərqlidir. Bu "möcüzələr" diktatorların etdikləri pislikləri pərdələmək üçün onların özü tərəfindən yaradılıb, bunlar təbiətin möcüzələri deyil.

 

ABŞ döyüş təyyarəsini parçalayan yumruq

 

Trablus, Liviya. Özünü "inqilabın lideri" adlandırsa da, 1980-ci illərdə "terrorun bir nömrəli maliyyəçisi" ünvanını qazansa da polkovnik Muammer Qəddafi diqqət çəkmək üçün yeni bir şey fikirləşdi. Buna görə də Liviya xalqının qarşılaşdığı çətinlikləri əks etdirən bir abidənin ABŞ döyüş təyyarəsini parçalayan yumruq olması heç də təəccüblü deyil. 1986-cı ildə Almaniyada ABŞ əsgərlərinin olduğu gecə klubunda baş verən partlayışa görə ABŞ prezidenti Ronald Reyqan Qəddafini günahlandırdı. Vaşinqton cavab olaraq Liviyanın hərbi və mülki obyektlərini bombaladı. Hücumlarda 101 liviyalı öldü. Sözügedən abidənin ucaldılmasından sonra, 1988-ci ildə Qəddafi "Pan American" hava yollarına aid sərnişin təyyarəsinin havaya uçurulmasını maliyyələşdirdi. Bununla da "inqilabın lideri" ölkəsinin nüfuzunun daha da aşağı düşməsinə səbəb oldu.

 

Dövlət başçısı Laurent Kabilanın abidəsi

 

Kinşasa, Demokratik Konqo Respublikası. Afrikanın ən məşhur diktatoru Mobutu Sesə Sekonu yaddan çıxarmaq üçün yaxşı bir rəhbərə ehtiyac var idi. Ancaq Mobutunun 1996-cı ildə devrilməsindən sonra iqtidara gələn Laurent Kabila Konqonun yalnız almazdan əldə etdiyi gəliri heçə endirməklə kifayətlənmədi, eyni zamanda İkinci Dünya müharibəsindən bu yana dünyanın gördüyü ən qanlı vətəndaş müharibəsinə başladı. Qarşıdurmalarda təxminən 4 milyon insan həyatını itirdi. 2001-ci ildə Kabilanın oğlu Cozef sui-qəsdə uğrayan atasının yerinə keçdi və atasının şərəfinə yüksələn bu nəhəng abidəni qorumağa davam etdi.

 

Leninin mavzoleyi

 

Moskva, Rusiya. Totalitar rejimlərin abidələrini bir yerə toplayan siyahıların heç biri Sovetlər Birliyinin yaradıcısı Leninin mumiyalanmış bədəni olmadan tamamlana bilməz. Vladimir İliç Leninin mumiyalanmış cəsədinin olduğu mavzoley 1924-cü ildən bu yana SSRİ-nin gizli polisi və "Qırmızı terror"un yaradıcısına hörmətlərini ifadə etmək istəyən milyonlarla insanın ziyarət yerinə çevrilib.

 

Dövlət başçısı Saparmurad Niyazovun abidəsi

 

Aşqabad, Türkmənistan. Təzyiq altında saxladığı milyonlarla türkmən tərəfindən "dəmir hökmdar" adlandırılan Saparmurad Niyazov ölənə qədər haqqında çox şey bilinməyən bir lider idi. Onun avtobioqrafiyası bütün ölkənin oxunması üçün hazırlanan nəşrlər siyahısına daxil edildi. Həmçinin saqqal buraxmağı, balet oynamağı və ya avtomobildə radio dinləməyi qadağan edən mübahisəli qərarları da var idi. Ancaq Niyazovun xalqına ən böyük "faydası" əksəriyyəti Aşqabadın eyni adlı prospektində ucaldılmış abidələr oldu. Abidələr sayəsində, türkmən xalqı "böyük qardaş"ın yalnız onları izləmədiyini, eyni zamanda boş vaxtlarında şəkil etdiyini də xatırlayır.

 

Mao Tszedunun abidəsi, Tiananmen meydanı

 

Pekin, Çin. Maonun kristal bir tabut içində yatdığı mavzoleyində baxa biləcəyiniz yerlərdən biri də "Böyük lider"ə ucaldılan abidədir. Maonun gözləri parlayan fəhlə sinfinə liderliyini və gələcəyə salamlarını göstərir. Yaxşı, gələcək Cin xalqına nələr gətirdi? "Böyük lider"in siyasəti 14 milyon çinlinin aç qalmasına səbəb oldu, həbsxanalar sayı bilinməyən siyasi məhbuslarla doldu.

 

Zəfərin əlləri

 

Bağdad, İraq. Bu gün Səddam Hüseyn dövründəki İraq üçün darıxanlara keçmişi xatırladacaq çoxlu sayda abidə qaldı. Bunların arasında ən böyüklərdən biri də "Zəfərin əlləri" idi. Abidə İran-İraq müharibəsinin sonunda əsgərlərin keçdiyi yerdə qurulmuş iki kəmərdən ibarətdir. İran-İraq müharibəsi 1 milyon insanın həyatını itirdiyi bir müharibə deyildimi?

 

Şimali Koreya Fəhlə Partiyasının abidəsi

 

Pxenyan, Şimali Koreya Abidə "20-ci əsrin ən çirkin binaları" yarışmasına namizəd ola biləcək bir abidədir. Şimali Koreya lideri Kim Jong İl atası Kim Sung İl tərəfindən hakimiyyətə gətirildi. Abidədəki çəkic ilə oraq fəhlə və kəndlilərin qələbəsini əks etdirir. Oraq və çəkiclə müqayisədə daha qısa olan fırça isə ziyalıların qələbəsinə işarədir.

Bütün xəbərlər Facebook səhifəmizdə