Ziyanlı ilə yalançıların mitinq davası

Ziyanlı ilə yalançıların mitinq davası

Və yaxud lüləyi Əli Kərimli, qapağı Cəmil Həsənli olan ölü qurumun mitinq oyunbazlığı

Deyir, "aşığın sözü qurtaranda, «yarım-yarım» deyir". Bu gün də müxalifət həm sözü, həm özü, həm də pul kisəsi boşalanda, mitinq məsələsini meydana atırlar. Meydan dedim, yadıma heç bir uğura imza ata bilməyən, 25 ildən artıqdır ki, dişsiz çarx kimi yerində sayan dağıdıcı müxalifət düşür. O müxalifət ki, xarici qrantlara arxalanaraq, əllərində olan bir-iki qəzet, saytlar və bir də sosial şəbəkələrlə özlərini təbliğ etməklə, elə zənn edirlər ki, hər şeyə nail ola bilərlər. Ancaq bu satqınlar anlamırlar ki, böhtanla, yalanla və satıb-satılmaqla uğur qazanmaq olmaz. Elə bu yerdə okeanın o tayında, müahacir ömrü yaşayan eks-spiker Rəsul Quliyevin dediyi kimi "ay badbaxtlar, bilmirdiniz ki, dağıdıcıdan, satqından başqan olan partiyanını sonu belə olmalıdır. Belə olan halda, hələ də istər Əlisi olsun, istər Arifi, istərsə də digər satqınların mitinq çağrışlarına gedən 5-10 nəfər də elə başdan xarablardır".

Aydın Mirzəzadə: "Radikal müxalifət növbəti dəfə gücsüzlüyünü nümayiş etdirəcək"

Aydın Mirzəzadə sentyabrın 28-də «Milli Şura»nın mitinq keçirmələrinə münasibət bildərərək deyib ki, mitinq keçirmək onların hüququdur: "Milli Şura"nın bu cür mitinq keçirməsi Azərbaycanda demokratiyanın olmasının göstəricisidir. Bir məsələ də var ki, istər Əli Kərimli olsun, istər Arif Hacılı, istər Cəmil Həsənli, ümumiyyətlə, müxalifətin mitinq keçirməkdə məqsədi ölkədə sosiad vəziyyəti gərginləşdirməkdir. AXCP ilə "Milli Şura"nın itinq keçirməkdə məqsədi nədir? Kimə etiraz edirlər? Mitinq seçkidən sonra keçiriləndə, deyilir ki, seçkilər saxtalaşdırılıb və xalqı ayağa qalxmağa çağırırıq. İndiki situasiyada niyə mitinq keçirilir? Bu, nəyi göstərir? Kimə və nəyə etiraz edilir? Çünki "Milli Şura"nın strategiyası yoxdur. Mitinqin keçirilməsi qərarı bunu bir daha sübut edir".

Sərdar Cəlaloğlu: "Əli Kərimli ilə Cəmil Həsənli oyunmazlıq nümayiş etdirmək istəyirlər"

ADP sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın keçirmək istədiyi mitinqə münasibət bildirərək, indiki halda, bu aksiyanı fürsətçillik kimi qiymətləndirib: "Onların niyyəti demokratiya adı altında öz maraqlarını təmin etməkdir. İndiki halda, AXCP və "Milli Şura"nın keçirdiyi aksiyalar, məhz anti-Azərbaycan qüvvələrinə sərf edəcək".
Belə bir deyim var, "abırlı insan abrını gözlər". Satqınçılıqla aldıqları qrantların artırılmasını istəyən satılanlırda nə abır, nə həya?! Elə bu abırsızlıqla, yenə də siyasi gündəmdə qalmaqdan ötrü var-gəl edən, çıxış yolu tapmayanda isə mitinq keçirəcəklərini deyən lüləyi Ə.Kərimli, qapağı C.Həsənli olan AXCP-"Milli Şura" cütlüyünün "liderləri" ancaq oyunbazlıq göstərirlər. İstəkləriniz isə, həmişə oduğu kimi, ürəyinizdə qalacaq.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə