ABŞ-da Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək

ABŞ-da Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək
Fevralın 25-də ABŞ-ın Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şurası, Türk-Amerika Assosiasiyaları Assambleyası və digər təşkilatların təşkilatçılığı ilə baş tutacaq.

Konfransın işində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev, Montana ştatından olan universitet professoru Tomas Holts, Azərbaycanın BMT yanındakı Daimi nümayəndəliyinin başçısının müavini Tofiq Musayev, Amerika Azərbaycan Cəmiyyətinin direktor müavini, elmlər doktoru Cavid Hüseynov və digərləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə