"Gənclərimiz Prezidenti özünün ən böyük dostu hesab edir” ÖZƏL-MÜNASİBƏT
"Bu gün Azərbaycan xalqı birmənalı şəkildə cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Partiya sədrinin sözlərinə görə, 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində xalq öz sözünü dedi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevi çox böyük səs çoxluğu ilə seçdi: "Bu gün həyatda hər şey qarşılıqlıdır. Bu gün ölkə başçısının siyasətinin mərkəzində sadə Azərbaycan vətəndaşı dayanır. Prezidentimizin Azərbaycan xalqı üçün etmədiyi bir şey yoxdur. Son 6 ayda sosial sahədə görülmüş iş sahəsində Azərbaycan xalqına 6 milyard manatdan yuxarı vəsait ayrıldı. Bunun özü elə ölkə xalqına olan dəstəkdir. Bu gün Azərbaycan xalqı, gəncliyi cənab Prezidentin ətrafındadır. Dövlət başçısı hər zaman deyib ki, “Gənclərin ən böyük dostu Mənəm”. Həqiqətən də gənclərimiz, xalqımız Prezidentimizi özünün ən böyük dostu hesab edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB