Paşinyan Hesablama Palatasına da “özününkü”nü yerləşdirir

Paşinyan Hesablama Palatasına da “özününkü”nü yerləşdirir

Ermənistan hakimiyyəti Levon Yolyanı əvəz etmək, onu da öz vəzifəsindən uzaqlaşdırmaq istəyir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet yazır ki, Ermənistanın Hesablama Palatasına “özününkü” bildiyi birini rəhbər təyin etmək barədə hakim komandada uzun müddətdir ki, müzakirələr aparılır. Nəşrin yaydığı məlumata görə, dünən səhər tezdən "Mənim addımım" partiyasının deputatları əvvəlcə partiya lideri Lilit Makunsun ofisinə, daha sonra, “Mülki Müqavilə” partiyasının mərkəzi ofisində toplaşıblar.

Qəzetin məlumatına görə, Ermənistanda heç bir hüquqi akt İdarəetmə Palatasının sədrinin Hesablama Palatasının sədri olmasını müəyyən etmir və belə məlum olur ki, Levon Yolyan Milli Məclis sədrinə bununla əlaqədar olaraq məktub göndərib, lakin bu günə qədər heç bir addım atılmayıb. Həmçinin məlumatda xüsusilə vurğulanır ki, "Mənim addımım" partiyası, dolayısı ilə hakimiyyət nümayəndələri Yolyanı yenidən Hesablama Palatasının sədri seçməyə meylli deyillər. Məsələ burasındadır ki, onu dərhal "özününkü" ilə əvəz etmək istəyirlər, lakin hələki lazımi namizəd tapa bilmirlər. Bir sözlə, Ermənistan hakimiyyəti, ələlxüsus Paşinyan Hesablama Palatasına da “özününkü”nü yerləşdirməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə