Prezidentin sabiq müşaviri mer seçilib

Prezidentin sabiq müşaviri mer seçilib
Ağ Ev administrasiyasının sabiq rəisi və prezident Barak Obamanın baş müşaviri Rahm Emmanuel Çikaqoda mer seçkilərində qalib gəlib. SİA-nın xəbərinə görə, Emmanuel dünən axşam 55 faiz səs çoxluğu ilə qalib elan edilib. Bu göstərici onun ən çox səs toplayan rəqibini göstəricilərindən ikiqat çoxdur. Seçkilərin ikinci tura getməməsi üçün namizədlərn birinin 50 faizdən çox səs toplaması tələb olunurdu. Çikaqolu Barak Obama Emmanueli qələbə münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə