Keçmiş polis rəisini intihara Paşinyan hakimiyyəti vadar edib
Ermənistanın keçmiş polis rəisi Ayk Arutyunyan Köçəryana qarşı ifadə verməyə məcbur edilib və görünür, Köçəryanın günahsız olduğunu bildiyi üçün bunu edə bilməyib, əvəzində intihar edib. SİA Ermənistana məxus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu politoloq Mqer Qaleçyan deyib.
Məlumatda deyilir ki, politoloq Mqer Qaleçyan keçmiş polis rəisi Ayk Arutyunyanın intiharı barədə maraqlı məqamlara toxunub. Onun özünü öldürmədiyi və intihar etdiyi barədə rəsmi versiyaya inanıb-inanmaması barədə suala cavabında politoloq bildirib ki, hadisə qısa müddət öncə, bir neçə saat əvvəl baş verib və bu anda hər hansı bir fikir bildirməkdən çəkinir. O, qeyd edib ki, indi internetdə bunun planlı bir qətl ola biləcəyi ilə bağlı söz-söhbətlər də var.
“Maraqlıdır, Konstitusiya Məhkəməsinin ən yüksək vəzifəli şəxslərindən birinin ailəsinə məxsus kütləvi informasiya vasitəsi yazır ki, intihar etməməzdən əvvəl Ayk Arutyunyan Koçaryana qarşı ifadə verməsi üçün ona təzyiqlərin edildiyini deyib və o bunu edə bilməyib, çünki, Koçaryan günahsız olub. Buna görə də o çıxış yolunu intihar etməkdə, özünü öldürməkdə görüb. Çox güman ki, KİV-lərdə bu barədə hələ çox fərziyələr, fikirlər öz əksini tapacaq”, deyə politoloq bildirib.
Məlum olur ki, Ayk Arutyunyan heç də səbəbsiz yerə özünü öldürmək qərarına gəlməyib və keçmiş polis rəisini intihara vadar edən Paşinyan hakimiyyətinin təzyiqləri olub. Bu gün Paşinyanın komandasının repressiyaları ilə yanaşı təzyiqlərinin də şahidi oluruq və görürük ki, bu təzyiqlər hətta intiharla da nəticələnir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB