Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döyüb ANALİTİK

Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döyüb ANALİTİK

“Hraparak” qəzetinin ilginc iddiası Ermənistanı qarışdırdı

Ermənistanda yerli ermənilərlə qarabağlılar arasında kəskin qarşıdurmaların getdiyi zamanda növbəti hadisə bu vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Bu dəfəki məsələ isə, artıq kifayət qədər çərçivədən çıxıb və məlum olub ki, baş nazir Nikol Paşinyanın Qrabağda “hərbi xidmət” keçən oğlunu ermənilərin baş terrorçusu hesab edilən Zori Balayanın nəvəsi döyüb. Məsələnin təfərrüatına gələnə qədər qeyd edək ki, Paşinyanin oğlunun Qarabağdan Ermənistana çıxarılmasının da səbəbi məhz həmin münaqişədir. Eyni zamanda, kiçik Paşinyanı yalnız Zori Balayanın nəvəsi deyil, eləcə də onunla birgə hərbi xidmət keçən digər Qarabağ əsilli ermənilər də möhkəmcə əzişdiriblər.

Təfərrüatlara gəlincə isə, adıçəkilən erməni nəşri qeyd edir ki, Aşot Paşinyan atası Nikolun Ermənistanı “sahmana” salan izi ilə getmək qərarına gəlib və o, nəinki əsgər yoldaşlarına, hətta zabit heyətinə necə deyərlər, ağıl qoymağa çalışıb. Habelə, ən cüzi məsələlərlə bağlı baş verənləri komandanlığa donos ötürüb. Nəticədə bu, onun əsgər yoldaşları başda Zori Balayanın nəvəsi olmaqla kiçik Paşinyanı döyüblər.

Ancaq həmin məlumatı tələm-tələsik şəkildə Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yalanlamağa çalşıb. Lakin onun bəyanatından sonra belə nəticə çıxarmaq olar ki, Aşot Paşinyanın hərbi yoldaşları ilə münaqişəsi hər halda olub. O, öz bəyanatında deyib: “Hraparak” növbəti dəfə hər şeyi baş-ayaq edib və insanların taleyi ilə oynayır. Əgər öz qardaşlarınızdan, ya da əsgər yoldaşlarınızdan soruşsanız onlar da təsdiq edərlər ki, bu cür məsələrə bütün kollektiv və strukturlar üçün xarakterikdir və bütün çağırışçılarda adaptasiya problemləri yaşanır... “Haraparak” bütün bunları qaba səhvlərlə və yolverilməz xarakteristika ilə təqdim edib”, Ovannisyan feysbukda yazıb.

Bu isə bir daha təsdiq edir ki, əslində hadisə baş verib və hətta kiçik Paşinyan da kiçik Balayan tərəfindən möhkəmcə döyülüb. Nəticə isə digər məsələ-Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı uçurum dərinləşib və çox yəqin ki, Nikol oğlu Aşotun revanşını Zoridən alacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə