Ermənistanda müstəntiqin və prokurorun ifadə verməsi tələb olunur

Ermənistanda müstəntiqin və prokurorun ifadə verməsi tələb olunur

“Müstəntiqin və prokurorun hərəkətlərinin Ayk Arutyunyanın intiharına səbəb ola biləcəyini istisna etmirəm.” SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Yuri Xaçaturovun vəkili Miqran Poqosyan deyib.

Məlumatda qeyd olunur ki, Miqran Poqosyan Ayk Arutyunyanın ölümünün 1 mart hadisələri ilə əlaqəli ola biləcəyini inkat etməyib və bildrib ki, bu vəziyyətdə onların ifadə verməsi tələb olunur.

"Fakt budur ki, hansısa iş araşdırıldığı zaman təqsirləndirilən şəxs intihar edir, lakin müstəntiqin, prokurorun hərəkətlərinin araşdırılması aparılmır. Mən həm keçmiş hakimiyyətlərin, həm də bu hökumətin işlərini nəzərdə tuturam.

Misal olaraq, eyni, oxşar hadisə Ararat qızıl mədəninin oğurlanması ilə bağlı cinayət işi ilə əlaqədar da olub. Bu araşdırma zamanı da təqsirləndirilənlərdən biri intihar edib. Bununla əlaqədar istintaq iki ildir davam edir, ancaq bu barədə heç bir şey deyilmir. Buna bənzər daha bir neçə hal var", deyə vəkil öz münasibətini bildirib.

Miqran Poqosyan hesab edir ki, müstəntiqin və prokurorun hərəkətlərini araşdırmaq lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə