Heydər Əliyev Məktəbində ilk mühazirə oxunub

Heydər Əliyev Məktəbində ilk mühazirə oxunub

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında yeni yaradılmış Heydər Əliyev Məktəbində ilk mühazirə oxunub. SİA-nın məlumatına görə, təşkilatın Gənclər Birliyinin sədri Rəşad Fərəcov YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov tərəfindən yaradılan məktəbin bir il ərzində fəaliyyət göstərəcəyini bildirib. O, qeyd edib ki, hər ayın sonuncu həftəsində oxunacaq mühazirələrin nəticəsi olaraq fərqlənən gənclər təşkilatın daim diqqətində olacaqlar.

 

Heydər Əliyev Məktəbində ilk mühazirəçi olan Z.Qaralov "Heydər Əliyev elminin irsi" mövzusunda çıxış edib. Ümummilli liderin həmişə böyük qurultaylara sədrlik etdiyini deyən YAP Səbail rayon təşkilatının sədri bildirib ki, onun gözəl çıxışları hamının diqqətini cəlb edib. Z.Qaralov bildirib ki, bundan sonra mühazirələrdə "91-lər"in təmsilçiləri iştirak edəcəklər. O, vurğulayıb ki, Heydər Əliyev Məktəbində əldə olunan biliklər partiya gənclərinin gələcək həyatı və işində faydalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə