Ermənistanda istefalar davam edir

Vayosdzor bölgəsinin qubernatoru Trdat Sarkisyan öz istefası barədə bəyan edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Trdat Sarkisyan qubernator vəzifəsindən istefa verdiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, istefa verən qubernator öz istefasının səbəbləri barədə də açıqlama verib.

"Bir neçə gün əvvəl Yexeqnadzorda baş vermiş kədərli hadisəni nəzərə alaraq, aşağıdakı kimi aydınlıq gətirməyi zəruri hesab edirəm. Əvvəllər xəbər verdiyim kimi, hadisə zamanı evdə olmuşam. İlkin istintaqı aparan orqana bu həqiqəti sübut edən dəlillər də təqdim etmişəm. Əminəm ki, obyektiv istintaq aparılacaq və günahkarlar cəzalandırılacaq. Lakin hadisə ilə hər hansı bir əlaqəmin olduğunu bir daha təkzib edirəm. Siyasi etika və siyasi cavabdehliyim fonunda bəyan edirəm ki, qubernatorun istefasına gətirib çıxaran genişmiqyaslı strateji təlimlər bitdikdən sonra bu qərara gəldim”, deyə Trdat Sarkisyan bildirib.

Həmçinin məlumatda bildirilir ki, qubernatorun adı xəstəxanada ağır vəziyyətdə olan Ermənistan Silahlı Qüvvələrinin bir polkovnikinin döyülməsi faktında hallandırılır. Qubernatorun köməkçisi belə həbs olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə