Fuad Qəhrəmanlının tərəfdarına istehzalı sual: "Sizi də döyüb bəy?"

Fuad Qəhrəmanlının tərəfdarına istehzalı sual: "Sizi də döyüb bəy?"

Fuad Qəhrəmanlı olayının ardınca sosial şəbəkələrdə müzakirələr bir-birini əvəzləməkdə davam edir. SİA xəbər verir ki, onun öz ailəsinə qarşı törətdiyi şiddət məsələsində feminist və anti-feminist AXCP üzvləri arasında kəskin qarşıdurmalar baş verməkdə, o cümlədən istehza xarakterli atmacalar səsləndirilməkdədir.

Bu arada, Fuad Qəhrəmanlını dəstəkləyən AXCP üzvü feysbukda onu dəstəklədiyini, hətta bir ailə üzvü olduğunu yazıb.

Lakin digər biri onun “Fuad bəy, biz bir ailənin üzvüyük” statusunun altından istehzalı sual yazıb: “Sizi də döyüb bəy?”

Həmin status və bu statusa verilən sual isə sosial şəbəkə istifadəçilərinin gülüşünə səbəb olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə