"Azərbaycan dünyanın enerji siyasətini müəyyən edən ölkə kimi tanınır" ÖZƏL-MÜNASİBƏT
"Bu gün Azərbaycan dünyanın enerji siyasətini müəyyən edən ölkə kimi artıq tanınır. Bu gün ölkəmizin inkişafı 1994-cü ildə Azərbaycanın iqtisadi müstəqilliyinin əldə olunması ilə birbaşa bağlıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
"Bildiyiniz kimi mən iqtisadi müstəqillik fikrini işlətdim. Ona görə ki, biz 1991-ci müstəqillik əldə etdik amma onu qoruyub saxlamaq, inkişaf etdirmək üçün1994-cü ildə bünövrəsi, əsası, kökü yarandı. Təbii ki, bu da “Əsrin müqaviləsi” adlı neft müqaviləsidir. Bu gün o neft müqaviləsi sadəcə sıradan bir neft müqaviləsi adlandırılmamalıdır. Ona görə ki, o Azərbaycanı dünya ölkələri içərisində imzasını atmağa şərait yaratmışdır. “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycan gətirmişdir, eləcə də bu müqavilə dünyanın baxışını Azərbaycana dəyişdirdi və azərbaycanlıların dünya ilə əlaqəsini tamamilə başqa yüksək səviyyədə təşkil etdi. “Əsrin müqaviləsi” sözün əsil mənasında Azərbaycanın formalaşdırılması, inkişafı ölkəmizin ən vacib tarixi müqavilələrdən, addımlardan biri kimi qiymətləndirilməlidir”-deyə, S.Seyidov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB