Dünyanın bütün ermənilərini Ermənistana qaytarmaq üçün ilk növbədə sabit iqtisadiyyat lazımdır və göründüyü kimi, son bir il yarım ərzində Paşinyan hakimiyyəti dünya ermənilərini Ermənistana qaytarmaq üçün onları maraqlandıran heç bir addım atmayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu politoloq Qagik Hambaryan aysor.am müxbirinə müsahibəsində Los-Ancelesdəki mətbuat konfransında baş nazir Nikol Pashinyanın söylədiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistana dönmələri üçün ən azından bütün diaspor ermənilərində bir erməni pasportu olmalıdır, amma bu da yoxdur.
“Bu cür bəyanatlar, bir növ bulanıq sularda balıq tutmaq cəhdinə bənzəyir. Mövcud hakimiyyət bu istiqamətdə addım atanda, bütün bunların nəticə verəcəyini və ya verməyəcəyini o zaman söyləmək mümkün olacaq. Bu anda erməni pasportuna sahib olmağın zəruriliyi ilə bağlı bəyanat yalnız Nikol Paşinyan tərəfindən ortaya atılan bir fikirdən başqa bir şey deyil. Həm keçmiş, həm də hazırkı hakimiyyətin bu istiqamətdə hansısa bir addım atdığını görmədim. Xüsusən də hazırkı hökumət bu istiqamətdə addımlar atmalı idi. Gözləyək görək, Los Ancelesdən qayıtdıqdan sonra Ermənistanın Baş naziri hansı addımları atacaq”, deyə politoloq bildirib.
Qagik Hambaryanın fikrincə, dünya ermənilərinin vətənlərinə qayıtması üçün bir sıra şərtlər və hər şeydən əvvəl sabit iqtisadiyyat lazımdır.
Politoloq Qagik Hambaryanın sözlərindən belə məlum olur ki, Paşinyanın erməni diasporunu Ermənistana qaytarmaq istəyi yalnız istək olaraq qalır və bunun reallaşdırılması mümkünsüzdür. Politoloq dediyi kimi, bütün dünya ermənilərinin Ermənistana qaytarılması, yaxud onların qayıtması üçün lazım olan iqtisadiyyat Ermənistanda nə yoxdur, nə də olacağına ümid var. Buna görə də, Paşinyanın ermənilərə müraciəti növbəti uğursuzluğudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB