Məhəmməd Mirzəli Emin Milliyə və Xədicə İsmayıla “cəbhə” açdı FOTOFAKT

İtithamlar, söyüşlər və təhqirlər bir-birini əvəzlədi

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının bəlli ifşasından sonra, dağıdıcı müxalifətin təmsilçiləri arasında aşkar ikitirəlik yaşanmağa başlayıb. Belə ki, Avropada “siyasi mühacir” adı altında hakimiyyətə qarşı söyüş kampaniyası aparan Məhəmməd Mirzəli bu dəfə Emin Millini və Xədicə İsmayılı hədəfə alaraq, onların F.Qəhrəmanlıya qarşı ifşaedici kampaniyalarına “Facebook” vasitəsi ilə münasibət bildirib. SİA xəbər verir ki, həmin məsələdə hər iki şəxsin bir sıra məqamlarını ictimailəşdirib.

Xədicə İsmayılın intim videolarını Emin Milli yayıb?

E.Millinin 2012-ci ildə evini X.İsmayıla verib, sonradan intim videosunu yaydığını iddia edən M.Mirzəli yazıb ki, həmin vaxtlar E.Milli guya “hakimiyyətə işləyib” və s. “Həmin dövrlədrə Emin Milli ilə yaxından dost olan şəxsin şəxsən mənə dediyinə görə, Emin özü ölkədəki jurnalistlərə, ictimai sektor fəallarına evini cütlüklərin görüş yeri kimi istifadə etməyi təklif edirmiş”, deyə yazan M.Mirzəlinin iddia etdiyinə görə, daha sonra məlum olub ki, həmin evdə təkcə qeyd etdiyi jurnalist yox, digər ictimai fəalların da videosu çəkilib. Beləliklə o, “Meydan TV”nin keçmiş rəhbərinin guya hakimiyyətlə əlbir olduğunu iddia edərək, hətta E.Millinin özünün öz xoşu ilə bu işə getdiyini bildirib.

Əlbəttə ki, bu kimi sərsəm iddialarla AXCP-yə və rəhbərliyinə qahmar çıxmağa çalışan M.Mirzəlinin başqa yolu da qalmır. Biz dəfələrlə şahidlərinə çevrilmişik ki, əgər dağıdıcı müxalifətdə ziddiyyətlər yaranırsa, həmin an tərəflər bir-birlərini məhz bu kimi ittihamlarla suçlayırlar.

Beləliklə, E.Millinin hətta ingilis dilində post paylaşaraq müxalifətçilərə qarşı kampaniya apardığını da iddia edən M.Mirzəli həmçinin yazıb ki,onun barəsində bəzi məqamları beynəlxalq təşkilatlara (yəni Azərbaycan əleyhinə fəaliyyət göstərən qurumlara-R.N.) çatdıracaq və s. SİTAT: “…Bu yazımın müxtəlif dillərə tərcümə elətdirib Eminin qrant aldığı təşkilatlara bir-bir göndərəcəm. Təsəvvür edin bu adam beynəlxalq təşkilatlara müraciət edib Azərbaycanda söz azadlığı, müstəqil jurnalistikanın inkişaf etdirilməsi adı altında pul alır, sonra isə səhifəsində iqtidara qarşı mübarizə aparan müxalifətə qarşı post paylaşıb həmin postu pulla reklam edir”.

Məhəmməd Mirzəli Xədicə İsmayılı “işverən” adalandırıb

Lakin X.İsmayılı E.Millinin evində intim videosunun çəkilməsi məsələsində müdafiə etmədiyini digər statusu ilə ictimailəşdirən M.Mirzəli qarşı tərəfi daha sərt şəkildə ələ salaraq təhqir edib. “Keçmişə qayıdış” bağlığı ilə status paylaşan Mirzəli X.İsmayılı xarakterik istehza üsulu ilə “işverən”, yəni satqın adlandırıb.

“Ayravani - ayravani, çandirika, çitrakuda çitrakuda işverən”, fikirlərini yazmaqla o, X.İsmayılın özünü feminist kimi təqdim etməsini ələ salıb və bildirib ki, o, F.Qəhrəmanlının tutulması marağındadır. SİTAT: “Fuad Qəhramanlının həbsini istəyir. Deyir ailədəki zorakılığı içtimailəsdirib məsuliyyət tələb etmək lazımdır. O, zaman Xədicə İsmayılın porno videosu çıxanda qardaşı onu yerə yıxıb başını kəsməyə çalışıb. Sahvələd Çobanoğlu son anda bıçağı onun əlindən alıb, xilas edib. Bəs Xədicə nə onda, nə də ki, indi niyə bu ailədaxili şiddəti içtimailəşdirib qardaşını məsuliyyətə cəlb etdirmək istəmədi. Nərmin Şahmarzadə o, zaman niyə bir feminist kimi Xədicənin intim azadlığının məhdudlaşdırılmasına etiraz etmədi. Niyə o zaman bu feministlər İŞİD kimi baş kəsmək istəyən bir canini məsuliyyətdən gizlətdilər. Bəs nədən Xədicə və onu ölümdən xilas edən jurnalist Şahvələd bəy bunu ailənin iç məsələsi hesab etməyib, ictimailəşdirmədilər.?”

AXCP fəalı Qiyasəddin İbrahim və anası da təhqir Məhəmməd Mirzəli tərəfindən təhqir obyektinə çevrilib

Lakin bu da son deyil. Belə ki, AXCP fəalı Qiyasəddin İbrahimi də söyüş hədəfinə alan M.Mirzəli onun F.Qəhrəmanlıya qarşı çıxıb, feministləri müdafiə etməsini valideyninə və özünə ən ağır söyüşlər ünvanlamaqla fikir bildirib. Həmin statusu müəyyən orfoqrafik düzəlişlərlə təqdim edirik: “Ay xiyar, sən hələ öz kölgəndən qorxursan, mən hələ videoda dedim ki, iti vurmayın yazıqdır. İctimai qınağa çəkin. Adama da oxşamırsan. Sənin yadından çıxım, anan canlı yayıma çıxıb sənin üçün çağırış edirdi ki..? Heyf sənin anandan ki, sənin kimi mənasız bir şəxsə oğul deyir. Ay mənasız sən deyildin bir otaqda qalıb ananın hesabına yeyib-içən? İndi adam oldun? Görürsən alə nə gündəsən? Mama gətir mən yeyim hə? Bəlkə daha açıq ifadə edim fikirlərimi? Ailənin niyə dağılması, şiddət filan... Bir də yaddan çıxmamış deyirsən reytinq yığır-filan, alə sən özünü nə hesab edirsən? Aç bax da, alə korsan, ən azı videoya 200 min baxış gəlir. Amma sənin kimi dövləti deyil, hakimiyyəti tənqid, hətta yeri gələndə təhqir də edirəm”

Beləliklə, yalnız bu məsələdə deyil, digər məsələlərdə də bir-birlərinin paxırlarını, gizlinlərini açığa çıxaran, satan və satılanların “zümrəsi” sözün əsl mənasında savaş meydanı açıblar və M.Mirzəlinin Əli Kərimliyə və F.Qəhrəmanlıya qarşı çıxanları ən ağır şəkildə hədəfə alması da çox yəqin ki, elə AXCP sədri tərəfindən sifariş olunub. Hər halda, faktlar bütün dəqiqlikləri ilə göz önündədir və belə qarşıdurmaların sayı hər gün artmağa başlayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə