Suraxanı rayonunun Bülbülə qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilib

Suraxanı rayonunun Bülbülə qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilib

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində yaşayan sakinlərlə 208 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul-görüşü olub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasıyasının sektor müdiri Tağı Tağıyev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Sonra Suraxanı rayonunda, o cümlədən, Bülbülə qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında iştirakçılara məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirib, müvafiq izahatlar verib və qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə