Fuad Qəhrəmanlının Zümrüd Yağmura qarşı işgəncə fotoları ictimailəşdi ANALİTİK + FOTOFAKT
Əli Kərimlinin müavinliyindən istefa verən sadomazoxist özünü “təmizə” çıxarmağa cəhd edir
AXCP-nin sədr müavini postundan istefaya getmiş Fuad Qəhrəmanlının baş verən məlum ailədaxili olaylara öz təbirincə “təmizəçıxarma” cəhdləri nəticəsiz qalmaqdadır. Belə ki, onun sosial şəbəkə vasitəsilə qız övladlarına qarşı amansızlıq, qəddarlıq nümayiş etdirmədiyini iddia kimi irəli sürən F.Qəhrəmanlı hətta Selcan Yağmurun dizinə xəsarət vurmasının “səbəblərini” də açıqlayıb və məlum olub ki, demə o, masaya “nəlbəki çırparkən” həmin nəlbəki qızının dizinə dəyib. Buradan isə belə bir suallar yaranır:
1. F.Qəhrəmanlı nəlbəkini masaya çırparkən, həmin nəlbəki qırılmalı, hətta çilik-çilik olmalıydı. Lakin həmin nəlbəkinin qırılmadan “rikoşet” verərək, qızının dizinə dəyib-sümüyünü “sındırması” nə qədər real görünə bilər?
2. Nəyə görə F.Qəhrəmanlı etiraf etmir ki, o həyat yoldaşına fiziki zərbələr endirərkən, qızı Selcan isə gözləri qızmış atasını anası Zümrüd Yağmurdan aralamağa çalışarkən, o, Selcanı özündən aralamaq üçün güc tətbiq edib və dizini sındırıb?
3. Yaxud, bu yazıda göstərilən və 100% Zümrüd xanıma aid olan döyülmə faktları ortada ola-ola, F.Qəhrəmanlının özünü “aydan-arı, sudan-duru” kimi təqdim edib “mələk” obrazında göstərməsinə hansı adı vermək olar?
4. Və ya tutaq ki, F.Qəhrəmanlı ailəsində ailədaxili terror sərgiləyərkən, heç qızlarına toxunmayıbsa, onun həyat yoldaşına qarşı amansız rəftarı ictimai rəydə ona qarşı olan sadomazoxist baxışlarını dəyişəcəkmi?
Feminist cəbhəçilər Əli Kərimlinin keçmiş müavininə qahmar çıxıb, “təmizə” çıxarmaq cəhdini ikrahla qarşılayırlar
Əlbəttə ki, bu gün o, hər vəchlə özünə qarşı yönələn ittihamları rədd etmək üçün müxtəlif bəhanələr uyduracaq və həmin bəhanələrə kimsə inanmayacaq, necə ki, indi də inanılmır. Hətta bu gün AXCP-də sözügedən məsələ ətrafında kəskin ikitirəlik yaşanır – inananlar və inanmayanlar. Daha doğrusu, özlərini feminist kimi təqdim edən cəbhəçilərin əksəriyyəti artıq ən sərt şəkildə F.Qəhrəmanlıdan imtina etdiklərini, o cümlədən, partiya sədri Ə.Kərimlinin keçmiş müavininə qahmar çıxıb, “təmizə” çıxarmaq cəhdini ikrahla qarşılayırlar.
Bu arada, Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura verdiyi işgəncələrin fotoları da yayılaraq ictimailəşdirilib. Belə ki, Gülnarə Mehdiyeva adlı “Facebook” istifadəçisi paylaşdığı bu fotolara kəskin ittihamedici şərh yazıb...
“Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu qədər nifrətini qazanacaq qədər nə edə bilərdi?”
İQTİBAS: “Ortada təkcə zorakılıq yox, həm də xəyanət məsələsi olduğunu həm biz, həm cəbhəçilər yaxşı bilirdi. Fuadın məşhur məşuqəsini də tanıyırlar. Başqa qadınları da. Mən və Fidan Nazar Selcan və Sənayla söhbət edərkən onlar uşaqlıqlarına aid elə şeylər danışırdılar ki, tüklərimiz biz-biz olurdu. Sənayın dizi qırılanda 12 yaşı vardı. Onlar analarına olan zorakılığı görərək böyüyüblər. Əlimizdə o zorakılıqlardan bəzilərinin fotosu var idi. Bir insanı həbsdə ola-ola ifşa eləmək, boşamaq olmur. İndikindən betər "hakimiyyətə satılmış, pul almış" elan edirlər. Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu qədər nifrətini qazanacaq qədər nə edə bilərdi?”
“Sağlam gənclik çürük şəxsiyyətlərin arxasınca getməməlidir”
“Zümrüd xanımı da dünəndən bəri razı sala bilmirik ki, yaysın, danışsın”, deyə statusuna davam edən Gülnarə Mehdiyeva bildirib ki, belə olan hada AXCP tamamilə məhv olacaq: “Çünki bilirik, o danışsa, AXCP şaykası hamısı batacaq. İndi də Əli Kərimlinin o sadistlə şəkil çəkdirib paylaşmağına söz tapa bilmirəm. Şəxsiyyət olaraq bitmiş birini "siyasətçi olaraq bitirməməyə" çalışır. Qızlardan yalnız bu şəkilləri ala bilmişdim, özlərinə deməmiş paylaşıram, amma silən deyiləm. Sağlam gənclik çürük şəxsiyyətlərin arxasınca getməməlidir".
Yeri gəölmişkən, onu da xatırladaq ki, F.Qəhrəmanlının “Milli Şura”nın koordinasiya mərkəzinin funksioneri Gültəkin Hacıbəyli ilə eşq macərası yaşaması barədə iddialar hələ o həbsə düşməmişdən öncədən bəlli idi. Habelə, “Milli Şura”nın mitinqlərinə qatılan həyat yoldaşı Zümrüd Yağmurun Nardaran hadisələrində həbs edilənlərin “siyasi məhbus” kimi təqdim eidlmələri zamanı bir dəfə də olsa əri Fuad Qəhrəmanlının adını çəkməməsi, hətta onun fotosunu yaxasına sancmaması faktı diqqətləri cəlb etmişdi. Bütün bunlar isə bir daha sübut edir ki, ailədaxili faşizm siyasəti yürüdən Fuad Qəhrəmanlı və bu məsələlərdən xəbərdar olan AXCP sədri Əli Kərimli sözün əsl mənasında cəmiyyətə yararsız şəxslərdirlər və onların yalanları ifşa olunduqca, daha çox murdarlaşır, sağlam düşüncəli insanlar tərəfindən birmənalı olaraq rədd edilirlər.
Rövşən RƏSULOV
P.S. Əbəs deyil ki, AXCP sədri Əli Kərimli bu olayları pərdə arxasına keçirmək üçün mitinq məsələsini daha çox qabardır və həmin vasitə ilə özünü daha çox ifşa etmiş olur. Bu gün cəbhəçilərin ona və eks-müavininə qarşı ikrah hissləri isə günü-gündən daha çox artmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB