"AXCP Ali Məclisinin üzvünün səsyazısı çox ciddi problemlərdən xəbər verir" MÜNASİBƏT

"AXCP Ali Məclisinin üzvünün səsyazısı çox ciddi problemlərdən xəbər verir" MÜNASİBƏT

“Belə çıxır ki, "Milli Şura" və AXCP-nin hakimiyyətə qarşı irəli sürdükləri ittihamlarda əks olunan məqamların hər biri onların özlərinə aid imiş”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

“Həyat yoldaşı, ailəsi ilə münasibətləri yoluna qoymaq üçün onların sümüklərini qırmaq taktikası seçən şəxslərin rəhbərlik etdiyi bir partiya illərdir ki, ölkədə uşaq hüquqlarının pozulmasına görə hakimiyyəti ittiham edir. 3 ildir ki, az qala hər gün hakimiyyəti "trol dəstələri" yaratmaqda ittiham edənlər, özləri trolçuluğu ən modern mexanizmlərindən istifadə edirmişlər. AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı çox ciddi problemlərdən xəbər verir. Ən qəribəsi budur ki, bütün bunlara görə cəmiyyətə hesabat verməyə borclu olduqlarını "unudurlar". İstənilən mövzu barədə 10-larla veriliş yayımlayan şəbəkə, bir həftədir niyə susur görəsən?”-deyə, M.Ələsgərli fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə