Prezident İlham Əliyev Yeni Zelandiyanın baş naziri Con Kiyə başsağlığı verib

Prezident İlham Əliyev Yeni Zelandiyanın baş naziri Con Kiyə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Yeni Zelandiyanın baş naziri Con Kiyə başsağlığı məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda bildirilir: "Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə