Tovuz rayonunda quş qripi xəstəliyinə qarşı aparılan monitorinqlər artıq yekunlaşıb. Bu barədə SİA-nın bölgə müxbirinə rayon Baytarlıq İdarəsindən məlumat verilib. Məlumata görə, virusa qarşı təxminən 25-ə yaxın ev quşundan qan nümunələri götürülüb və Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Artıq analizlərin ilkin cavabı bəlli olub.
Qan nümunələrində sözügedən virusun əlamətləri aşkar olunmayıb. Lazım olduğu təqdirdə əlavə ev quşlarından qan nümunələri götürüləcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB