Mübariz Qurbanlı: “Orduda baş verən hadisədə günahkar olan şəxsləri araşdırmaq üçün istintaq qrupu yaradılıb”

Mübariz Qurbanlı: “Orduda baş verən hadisədə günahkar olan şəxsləri araşdırmaq üçün istintaq qrupu yaradılıb”
"Orduda baş verən hadisədə günahkar olan şəxsləri araşdırmaq üçün istintaq qrupu yaradılıb". Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, istintaqın nəticələri ilə bağlı həm ictimaiyyətə, həm də dövlət başçısına məlumatlar veriləcək.

Hadisənin baş verdiyi hərbi hissə komandirinin vəzifəsindən azad edildiyini deyən M. Qurbanlı söyləyib ki, Ali Baş Komandan bu hadisə ilə bağlı əmr və tapşırıqlarını verib və o bu cür halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini bildirib: "Təbii ki, bu hadisələr bizi üzür, həyacanlandırır. Amma ölkəmiz, dövlətimiz, xalqımız daim orduya diqqət göstərir. Nəzərə almaq lazımdır ki, istənilən ölkədə ordu hərbi hissədədir, amma Ermənistanın təcüvüzü nəticəsində neçə illərdir ki, ordumuz səngərdədir və onlar arasında da müəyyən fərqlər var. Amma hesab edirəm ki, bu vəziyyətdən kimlərsə sui- istifadə etməməlidir. Ordu hamımızın ordusudur və bu ordunun da ali missiyası ölkəmizin ərazi bütövlüyünü qorumaqdır. Baş verən hadisə orduya qarşı kimlərinsə sui- istifadə etməsinə gətirib çıxarmamalıdır".

Ötən gün Milli Məclisdə baş verən hadisə ilə bağlı müdafiə nazirinin hesabat verməsi ilə bağlı səslənən təkliflərə gəlincə: "Azərbaycan Respublikasında Milli Məclisin statusu və Konstitusiyada müəyyən olunan qaydalar var. Bu qaydalara əsasən müdafiə naziri prezident qarşısında cavabdehdir və hesabat verir. Mən düşünürəm ki, məxsusi bu hadisə ilə bağlı müdafiə nazirinin Milli Məclisə gəlib hesabat verməsinə ehtiyac yoxdur",- deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə