Astara Qaz Kompressor Stansiyasında genişləndirilmə işləri sona çatmaq üzrədir
Astara rayonunda Qaz Kompressor Stansiyasının genişləndirilməsi işləri tezliklə başa çatacaq. Astara Magistral Qaz Kəmərləri sahəsinin rəisi Nəsimi Rzayevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasına, eləcə də İran İslam Respublikasına təbii qazın ötürülməsində xüsusi əhəmiyyətə malik olan Astara Qaz Kompressor Stansiyasının genişləndirilməsi işləri sona çatmaq üzrədir.
Nəql edilən qazın gündəlik həcminin 5 milyon kubmetrə çatdırılması üçün stansiyada əlavə kompressor avadanlıqları quraşdırılır. Yeni kompressorlar texniki imkanlarına görə, sutka ərzində 300-340 min kubmetrədək qaz nəql etməyə imkan verəcək.
N. Rzayev əlavə edib ki, eyni zamanda aqreqatın bütün kommunikasiya sistemi yenidən qurulub. İşlər tam başa çatdırıldıqdan sonra qazın gündəlik həcmi 5 milyon kubmetrə çatdırılacaq .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB