Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək
Sabah Azərbaycan Mətbuat Şurasında (MŞ) "Elm və həyat" jurnalının 50 yaşı qeyd ediləcək. Şuradan SİA-ya verilən məlumata görə, MŞ İdarə Heyəti üzvlərinin, ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin, tanınmış alimlərin və redaksiya kollektivinin qatılacağı mərasimdə Azərbaycan mətbuatı və maarifçiliyi tarixində özünəməxsus yeri və rolu olan jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınacaq.
Qeyd edək ki, "Elm və həyat" 1961-ci ilin martında işıq üzü görüb. Respublikada "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayevdir. Vaxtı ilə tirajı 180 minə qədər yüksələn nəşr 1998-ci ildə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb.
"Elm və həyat" 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və jurnalın yaradıcı kollektivinin təsisçiliyi ilə nəşr olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB