Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.
ETSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Oğuz rayon Polis Şöbəsinə müraciət edilib.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı mühafizə rejimini pozan 2 şəxs saxlanılıb, onlardan 2 ədəd ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülüb və həmin şəxslər barəsində müvafiq akt və protokollar tərtib olunub.
Ağzıbir, Sarısu, Mahmudçala və Samux Ovçuluq Təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 5 nəfər saxlanılıb və onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.
Fakt üzrə qanuna müvafiq qaydada akt və protokollar tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB