Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Alman fizik Karl Fridrix Qauss vəfat edib (1855)
- Alman mühəndis Rudolf Dizel yeni mühərriki patentləşdirib. Sonrada bu ixtira onun şərəfinə "Dizel mühərriki" adlandırılıb (1893)
- Şərqşünas Həmid Araslı anadan olub (1909)
- Musiqiçi Şəmsi Bədəlbəyli anadan olub (1911)
- Zaqafqaziya Seymi açılıb. Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökuməti təşkil edilib (1918)
- Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki mənzilində Fransa nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin müşavirəsi keçirilib. Britaniya bolşevik təhlükəsi barədə xəbərdar edib və Qafqaz Respublikalarını daxili münaqişələrə son qoymağa çağırıb (1920)
- Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başa çatıb (1921)
- Moskva və bütün Rusiyanın keçmiş patriarxı II Aleksi anadan olub (1929)
- Plutonium elementi sintez edilib (1941)
- Futbolçu Anatoli Banişevski anadan olub (1946)
- Beynəlxalq Standartlaşma Təşkilatı (İSO) təsis edilib (1947)
- Ukrayna prezidenti Viktor Yuşenko anadan olub (1954)
- Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ilk iclası keçirilib (1959)
- SSRİ Ali Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri Haqqında" qərar verib (1979)
- Aktyor Hüseynağa Sadıqov vəfat edib (1983)
- Azərbaycan Respublikasının dövlət gerbi təsdiq edilib (1993)
- Prezident Heydər Əliyev ABŞ-a rəsmi səfərə yola düşüb (2003)
- Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə beynəlxalq təşkilatları Xocalı faciəsini tanımağa çağırıb (2010)

Bütün xəbərlər Facebook səhifəmizdə