Millət vəkili Musa Qasımlı Kiyevdə keçiriləcək konfransda Dağlıq Qarabağ münaqişəsindən danışacaq
Bu gün Kiyevdə "Regional münaqişələr: problemlər və həlli yolları" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı iştirak edəcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Konfransda regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, bu sahədə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Millət vəkili müzakirə olunan mövzu ilə bağlı fikirlərini açıqlayacaq, Dağlıq Qarabağ münaqişəsi barədə toplantı iştirakçılarına məlumat verəcək.
Səfər fevralın 25-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB