Dünya ölkələrinin liderləri Liviyada iğtişaşlara dinc yolla son qoymağa çağırır. Ərəb Liqasının katibi Amr Musa Liviyada zorakılıqlara son qoymağa çağıraraq deyib ki, etirazçıların tələbləri legitimdir. SİA-nın xəbərinə görə, Avropa İttifaqının rəsmiləri Liviyanı demokratiya yolunu tutmağa çağırıb. İttifaq rəsmiləri Liviyada Avropa vətəndaşlarının təhlükəsizliyindən narahatdır. Britaniyanın Baş naziri Deyvid Kamerun Liviyanın mərkəzi hökumətinin etirazçılara qarşı repressiyalarını qəbuledilməz adlandırıb. ABŞ nümayişçilərə qarşı ifrat güc tətbiq ediməsinə etirazını Liviyanın xarici işlər naziri Musa Kusaya çatdırıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB