Müəmmər Qəddafi: "Ölkəni tərk etməyəcəyəm"

Müəmmər Qəddafi: "Ölkəni tərk etməyəcəyəm"

Liviya prezidenti Müəmmər Qəddafi ölkəni tərk etməyəcəyini bəyan edib. SİA-nın məlumatına görə, dövlət televiziyası ilə çıxış zamanı bildirib ki, istefa verməyəcək, çünki hər hansı bir vəzifəyə sahib deyil: "Mən prezident deyiləm ki, istefa verim. Mən inqilabın lideriyəm və bu torpaqda şəhid olacağam".

Liviya hökuməti nümayişçilərə qarşı hələlik güc tətbiq etməyib, deyən Qəddafi xalqına vəd verib ki, ölkədə sabahdan etibarən yeni həyat başlanacaq. O, özünümüdafiə və Liviya inqilabını qorumaq məqsədi ilə əhalini təhlükəsizlik komitələri yaratmağa çağırıb.

Xatırladaq ki, Liviyada fevralın 15-dən bəri baş vermiş iğtişaşlarda 500-dən çox adam həlak olub. Dünya ictimaiyyəti Liviya hökumətini ölkədə zorakılığı dərhal dayandırmağa çağırıb. Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir.

Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 233 nəfər həlak olub. Rəsmi hakimiyyət 84 nəfərin həlak olmasını təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə