"Paşinyana ən böyük zərbəni Vanetsyan endirəcək" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın vəzifəsindən getməsi ilə bağlı bizim ekspertlərin şərhlərini oxuyuram. Maraqlı yazıblar. Ancaq, fikrimcə, Vanetsyanın bu addımını onunla Nikol Paşinyan arasındakı qarşıdrumanın, yaxud da fikir ayrılığının nəticəsi kimi qiymətləndirmək düzgün deyil". Bunu SİA-ya millət vəkili Sahib Aliyev deyib.

"Xatırlayanlar bəlkə də var, Vanetsyanla Nikol Paşinyan arasında Ermənistandakı sifarişli həbslərlə bağlı telefon danışıqları yayılanda bəndəniz bir məsələyə diqqət çəkmişdi. Qeyd etmişdim ki, yaxşı, Paşinyan hakimiyyətə küçədən gələn biridir, o üzdən də telefonu rominqdəkən dinlənilmə ehtimalının birə on artdığını bəlkə də bilmir, bəs uzun zaman Təhlükəsizlik Xidmətində çalışan Vanetsyan necə, o da bunu anlamırdı? Anlayırdısa nə üçün o, xaricdə olan baş nazirlə ölksindəki operativ vəziyyəti və Köçəryanla Xaçaturyanın tutulması kimi bir sıra "incə" məsələləri açıq mətnlə danışırdı .

O zaman da vurğulamışdım, indi də bu fikirdəyəm ki, Vanetsyan təbii ki, danışıqlarının dinlənildiyinin yaxşı fərqində idi. Sadəcə bütün bunlar Nikol Paşinyanı gülünc və çıxılmaz vəziyyətdə qoymaq üçün reallaşdırılan bir əməliyyat idi.

Ona görə də bildirmişdim ki, əgər hayları regionda vassal gözündə görənlərin dedikləri ilə durub-oturmasa, gələcəkdə ən böyük zərbəni Paşinyana Vanetsyan endirəcək. Bu da baş verdi. Vanetsyan qapını çırparaq getdi. Gedərkən baş nazirlə komandasına bir "dayanın" da dedi. Amma bu "dayanın" sözü də onun özünün deyil, Vanetsyana vəzifəsindən getməyin vaxtının çatdığını bildirənlərin Paşinyana son xəbərdarlıqlarıdır"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə