Komitə sədri internetə nəzarət mexanizminin yaradılmasını təklif edib

“Qanunla nəzarət edə bilmədiyimiz şəbəkə - internet var və intenetdəki bəzi zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olmalıdır, amma ona nəzarət mexanizmi də vacibdir”. SİA xəbər verir ki, bu sözləri komitə sədri Rafael Hüseynov Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.

Komitə sədri qeyd edib ki, intenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək mümkündür.

“Digər tərəfdən onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazım gəlir. Ciddi nəzarət mexanizmləri olsun demirəm. Amma nəzarət mexanizmləri mütləq olmalıdır. Bu nəzarət mexanizmləri ona görə olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”, deyə Rafael Hüseynov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə