“Toya gecikən tülkü” balacaların yolunu gözləyir

“Toya gecikən tülkü” balacaların yolunu gözləyir

Gəncə Dövlət Kukla Teatrı həmişə balaca tamaşaçıları yeni səhnə əsəri ilə sevindirir. Bu dəfə uşaqlara "Toya gecikən tülkü" tamaşası təqdim olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, teatrda tamaşaya ictimai baxış keçirilib.

Bildirək ki, pyes yazar Aləmzər Əlizadə tərəfindən qələmə alınıb. Teatrın direktoru Bayram Fətəliyevin SİA-ya verdiyi məlumata görə, yerli yazara müraciət etməkdə əsas məqsəd yerli qələm sahiblərini tanıtdırmaqdır.

Belə ki, teatrın kollektivi "Toya gecikən tülkü" əsərini kukla teatrlarının Bakıda keçiriləcək beynəlxalq festivalında nümayiş etdirməyi planlaşdırır. Bundan əlavə teatrda əlavə iki yeni tamaşa üzərində iş gedir.

"Toya gecikən tülkü" tamaşası hər gün saat 12.00-da balacaların yolunu gözləyir. Səhnə əsərinə rejissor Fərmail Paşayev quruluş verib. Baş rolları isə Mahirə Haqverdiyeva, Yaqut Xasıyeva, Səməd Xanəhmədov, Xudayar Əsgərov və başqaları ifa edir.

Bütün xəbərlər Facebook səhifəmizdə